Jerar Pike karyerasını "Barselona"da bitirəcək

Jerar Pike karyerasını "Barselona"da bitirəcək Müdafiəçi özünü başqa komandada təsəvvür etmədiyini bildirib
Futbol
6 Fevral , 2021 13:33
 Jerar Pike karyerasını Barselonada bitirəcək

İspaniya "Barselona"sının futbolçusu Jerar Pike karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı müdafiəçi "Marca" nəşrinə açıqlamasında özünü başqa komandada təsəvvür etmədiyini bildirib.

İspaniyalı oyunçu karyerasını məhz Kataloniya təmsilçisində bitirəcəyini söyləyib: "Hansısa digər klubda oynamaq üçün motivasiya tapa bilmərəm. Bu, mənim üçün dram olar".

Qeyd edək ki, Jerar Pike "Barselona"nın yetirməsidir. O, 2008-ci ildən əsas komandada oynayır. Müdafiəçi 2004 - 2008-ci illərdə İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edib.

Son xəbərlər

Orphus sistemi