İvo Krezo: "Azərbaycan millisi ilk "10-luq"da əbəs yerə olmadığını sübut etdi"

İvo Krezo: "Azərbaycan millisi ilk "10-luq"da əbəs yerə olmadığını sübut etdi" "Ümid edirəm ki, futzalçılar qarşıdakı oyunla bağlı müvafiq tapşırıqları yerinə yetirə biləcəklər".
Futbol
29 Yanvar , 2022 09:47
İvo Krezo: Azərbaycan millisi ilk 10-luqda əbəs yerə olmadığını sübut etdi

"Ümid edirəm ki, futzalçılar qarşıdakı oyunla bağlı müvafiq tapşırıqları yerinə yetirə biləcəklər".

"Report"un məlumatına görə, bunu futzal üzrə Bosniya və Herseqovina milli komandasının baş məşqçisi İvo Krezo Niderlanda keçirilən Avropa çempionatında Azərbaycan yığması ilə oynayacaqları D qrupunun III tur matçından öncə mətbuat konfransında deyib.

Mütəxəssis Joze Alesio Da Silvanın başçılıq etdiyi komandanın qrupdakı hər iki görüşünü izlədiyini bildirib: "Azərbaycan millisi keyfiyyətli kollektivdir. Onlar İspaniyaya qarşı sərgilədikləri oyunla əbəs yerə Avropa reytinqinin ilk "10-luğ"unda olmadıqlarını sübut etdilər. İspanlara qalib gəlsəydilər, bu, tam layiqli qələbə olardı. Rəqib özü haqqında ən yaxşı təəssüratı yaratmaq üçün bizimlə matçda xallar qazanmağa çalışacaq".

Krezonun sözlərinə görə, Azərbaycan millisinin onurğa sütunu braziliyalı oyunçulardır: "İnanıram ki, turniri xalsız bitirməmək üçün özümüzdə güc tapacağıq. Axı, bu, Avropa çempionatıdır. Bu, bizə gələcək üçün əlavə stimul verəcək".

Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan - Bosniya və Herseqovina oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi