İtaliyanın tanınmış klubu D Seriyasında çıxış edəcək

İtaliyanın tanınmış klubu D Seriyasında çıxış edəcək İtaliyanın "Kyevo" klubu peşəkar statusunu itirəcək.
Futbol
391
27 İyul , 2021 09:12
İtaliyanın tanınmış klubu D Seriyasında çıxış edəcək

İtaliyanın "Kyevo" klubu peşəkar statusunu itirəcək.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, komanda bu səbəbdən B Seriyasından ayrılacaq.

İtaliya Milli Olimpiya Komitəsi klubun çempionatda iştirakına dair müraciətini rədd edib. Bu, "Kyevo"nun vergi orqanlarına borcları ilə əlaqədardır.

İtaliya Futbol Federasiyasının lisenziyalaşdırma komissiyası komandanın B Seriyasından kənarlaşdırıldığını təsdiqləyib.

Onların D Seriyasında iştirak məqsədi ilə lazımi sənədləri təqdim etdikləri bildirilib.

Son xəbərlər

Orphus sistemi