İtaliyanın "Napoli" komandasına yeni baş məşqçi təyin olunub 

İtaliyanın "Napoli" komandasına yeni baş məşqçi təyin olunub  Luçano Spaletti İtaliyanın "Napoli" komandasına baş məşqçi təyin olunub
Futbol
345
29 May , 2021 13:17
İtaliyanın Napoli komandasına yeni baş məşqçi təyin olunub 

Luçano Spaletti İtaliyanın "Napoli" komandasına baş məşqçi təyin olunub.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 62 yaşlı mütəxəssis yeni işinə iyulun 1-də başlayacaq.

Onun təyinatı barədə qərarı şəxsən klub prezidenti Aurelio De Laurentis qəbul edib. Spagetti komandanı Çempionlar Liqasına çıxara bilməyən Cennaro Qattuzonu əvəzləyib. Qattuzo mövsüm bitdikdən sonra "Napoli"dən ayrılaraq, "Fiorentina"ya gedib.

Qeyd edək ki, Luçano Spalettinin son iş yeri 2017 - 2019-cu illərdə çalışdığı "İnter" komandası olub. O, əvvəllər "Roma", "Udineze", "Ankona", "Venesiya", "Sampdoriya", "Empoli" və Rusiya "Zenit"inin baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi