İtaliyada "Mançester Yunayted" azarkeşlərinə hücum olub

İtaliyada "Mançester Yunayted" azarkeşlərinə hücum olub İtaliya "Atalanta"sının azarkeşləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl İngiltərənin "Mançester Yunayted" klubunun fanatlarına hücum edib
Futbol
501
2 Noyabr , 2021 09:40
İtaliyada Mançester Yunayted azarkeşlərinə hücum olub

İtaliya "Atalanta"sının azarkeşləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl İngiltərənin "Mançester Yunayted" klubunun fanatlarına hücum edib.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, hadisə Berqamodakı mehmanxanaların birində baş verib.

"Qırmızı şeytanlar"ın tərəfdarlarından biri və obyektin ofisiantı xəsarət alıb. Hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Atalanta" - "Mançester Yunayted" qarşılaşması Bakı vaxtı saat 24:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi