İtaliya yığmasının futbolçusu ciddi zədə ilə üzləşdi

İtaliya yığmasının futbolçusu ciddi zədə ilə üzləşdi İtaliya millisinin və "Roma"nın futbolçusu Nikolo Zanyolo ciddi zədə alıb.
Futbol
544
8 Sentyabr , 2020 14:23
İtaliya yığmasının futbolçusu ciddi zədə ilə üzləşdi
Nikolo Zanyolo

İtaliya millisinin və "Roma" klubunun futbolçusu Nikolo Zanyolo ciddi zədə alıb. 

"Report" paytaxt təmsilçisinin rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqasının II turunda Niderlandı səfərdə 1:0 hesabı ilə məğlub etdikləri görüşdə sıradan çıxıb. O, 42-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. 

Tibbi müayinə nəticəsində Zanyolonun sol dizinin ön xaç bağının tamamilə qırıldığı aşkarlanıb. 

Qeyd edək ki, Nikolo Zanyolo ilin əvvəlində də oxşar zədə ilə üzləşib. 

Son xəbərlər

Orphus sistemi