İtaliya səfiri millimizin baş məşqçisi ilə görüşdü

İtaliya səfiri millimizin baş məşqçisi ilə görüşdü İtaliyanın Azərbaycandakı Səfiri Auqusto Massari futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byasi ilə görüşüb.
Futbol
415
25 Avqust , 2020 16:18
İtaliya səfiri millimizin baş məşqçisi ilə görüşdü
Canni De Byazi

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni De Byasi ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, Massari həmyerlisinə yeni işə başlaması münasibətilə təbriklərini çatdırıb.

Səfir baş məşqçinin Azərbaycana gəlişinin İtaliyaya bu ölkədə daha çox nüfuz qazandıracağına əmin olduğunu bildirib.

Qeyd edək ki, Canni De Byazi ilə 2021-ci ilin noyabrınadək müqavilə imzalanıb. De Byazi keçmiş futbolçu Klaudio Belluççi, "Bolonya" və "Sampdoriya"nın keçmiş futbolçuları da daxil olmaqla, 4 köməkçidən ibarət heyətlə işləyəcək. Onun ilk rəsmi matçı sentyabrın 5-də Bakıda keçiriləcək Millətləq Liqası matçında Lüksemburqa qarşı olacaq.

Son xəbərlər

Orphus sistemi