İtaliya millisinin sabiq futbolçusunun ayaqları amputasiya olundu

İtaliya millisinin sabiq futbolçusunun ayaqları amputasiya olundu Koronavirusa yoluxduğu üçün ötən ay xəstəxanaya yerləşdirilmiş İtaliya millisinin sabiq futbolçusu Mauro Belluci xoşagəlməz hadisə ilə üzləşib.
Futbol
22 Dekabr , 2020 21:00
İtaliya millisinin sabiq futbolçusunun ayaqları amputasiya olundu
Mauro Belluci

Koronavirusa yoluxduğu üçün ötən ay xəstəxanaya yerləşdirilmiş İtaliya millisinin sabiq futbolçusu Mauro Belluci xoşagəlməz hadisə ilə üzləşib.

"Report" "altropensiero.net" saytına istinadən xəbər verir ki, 70 yaşlı veteran müdafiəçinin hər iki ayağı amputasiya olunub.

Bunun infeksiyadan qaynaqlanan fəsadlara görə baş verdiyi bildirilib.

Qeyd edək ki, Mauro Belluci "İnter"in heyətində 1970/1971 mövsümündə İtaliya A Seriyasının qalibi olub. "Bolonya" və "Napoli" klublarında çıxış etmiş keçmiş futbolçu 32 oyunda yığmanın formasını geyinib. Bunlardan 5-i 1978-ci ildəki dünya çempionatına təsadüf edib.

Son xəbərlər

Orphus sistemi