İtaliya millisinin keçmiş hücumçusu Ronaldunu tənqid etdi

İtaliya millisinin keçmiş hücumçusu Ronaldunu tənqid etdi "Mən də çox eqoist oyunçu idim"
Futbol
15 Aprel , 2021 16:13
İtaliya millisinin keçmiş hücumçusu Ronaldunu tənqid etdi
Luka Toni

İtaliya millisinin sabiq futbolçusu Luka Toni "Yuventus"un futbolçusu Kriştianu Ronaldunu tənqid edib.

"Report"un məlumatına görə, veteran hücumçu A Seriyasının XXX turunun "Cenoa" ilə oyunundan (3:1) sonra formasını yerə atan 36 yaşlı portuqaliyalı forvardın hərəkətini qınayıb.

O bildirib ki, Ronaldu kimi dahi oyunçu digərlərinə nümunə olmalıdır: "Ronaldu "Yuventus" üçün vacib futbolçudur. Amma kluba qarşı hərəkəti xoş deyil. Öz oynadığım vaxtı xatırlayıram. Mən də çox eqoist oyunçu idim. Amma qol vura bilməyəndə qələbəni komanda yoldaşlarımla birlikdə qeyd etmək üçün meydanda qalırdım. Böyük çempion digərlərinə nümunə olmalıdır".

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsüm A Seriyasında meydana çıxdığı 27 oyunda 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi