İtaliya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb

İtaliya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb Futbol üzrə İtaliya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.
Futbol
6 İyun , 2024 20:34
İtaliya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb

Futbol üzrə İtaliya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

"Report" xəbər verir ki, baş məşqçi Luçano Spaletti siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret ("Napoli"), Qulelmo Vikario ("Tottenhem").

Müdafiəçilər: Alessandro Bastoni ("İnter"), Raul Bellanova, Alessandro Buonjorno ("Torino"), Rikkardo Kalafiori ("Bolonya"), Andrea Kambiasso ("Yuventus"), Matteo Darmian ("İnter"), Covanni Di Lorenzo ("Napoli"), Federiko Dimarko ("İnter"), Canluka Mançini ("Roma"), Federiko Qatti ("Frozinone").

Yarımmüdafiəçilər: Nikolo Barella (“İnter”), Brayan Kristante (“Roma”), Nikolo Faqioli (“Yuventus”), Maykl Folorunşo (“Verona”), Davide Frattesi (“İnter”), Jorjinyo (“Arsenal”), Lorenzo Pelleqrini (“Roma”).

Hücumçular: Federiko Kyeza (“Yuventus”), Stefan El Şeravi (“Roma”), Cakomo Raspadori (“Napoli”), Mateo Reteqi (“Cenoa”), Canluka Skamakka (“Atalanta”), Mattia Zakkani (“Latsio”).

Qeyd edək ki, İtaliya yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün B qrupunda İspaniya, Xorvatiya və Albaniya milliləri ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi