İtaliya millisində yoluxma sayı 8-ə çatdı

İtaliya millisində yoluxma sayı 8-ə çatdı İtaliya millisində koronavirusa yoluxan futbolçuların sayı artıb
Futbol
5 Aprel , 2021 16:12
İtaliya millisində yoluxma sayı 8-ə çatdı

İtaliya millisində koronavirusa yoluxan futbolçuların sayı artıb.

"Report" xəbər verir ki, son olaraq, Almaniya "Frayburq"unda oynayan yarımmüdafiəçi Vinçentso Qrifoda infeksiya aşkarlanıb.

27 yaşlı oyunçunun test nəticəsi yığmanın düşərgəsindən qayıtdıqdan sonra müsbət çıxıb.

Karantinə alınan futbolçu Bundesliqada Mönxenqladbax "Borussiya"sı ilə səfər görüşünü buraxıb.

Qeyd edək ki, bu, İtaliya millisinin futbolçuları arasında koronavirua 4-cü yoluxma halıdır. Daha əvvəl Marko Verratti, Alessandro Florentsi və Leonardo Bonuççi analoji problemlə üzləşib. Həmçinin yığmanın məşqçilər heyətində 4 nəfərin testi müsbət çıxıb.

Son xəbərlər

Orphus sistemi