İtaliya millisində 9-cu yoluxma

İtaliya millisində 9-cu yoluxma Futbol üzrə İtaliya millisində koronavirusa növbəti yoluxma halı aşkarlanıb
Futbol
7 Aprel , 2021 16:36
İtaliya millisində 9-cu yoluxma

Futbol üzrə İtaliya millisində koronavirusa növbəti yoluxma halı aşkarlanıb.

"Report" xəbər verir ki, son olaraq "Atalanta" klubunun yarımmüdafiəçisi Matteo Pessinadan götürülmüş analiz nəticəsi müsbət çıxıb.

Təcrid edilən 24 yaşlı oyunçuda xəstəliyin simptomları müşahidə olunmur.

Qeyd edək ki, bu, İtaliya yığmasında virusa yoluxan 5-ci futbolçudur. Daha əvvəl Marko Verratti, Alessandro Florentsi, Leonardo Bonuççi və Vinçentso Qrifoda analoji problemlə üzləşib. Həmçinin yığmanın məşqçilər heyətində 4 nəfərin testi müsbət çıxıb.

Son xəbərlər

Orphus sistemi