İtaliya kubokunun ilk finalçısı bəlli olub

İtaliya kubokunun ilk finalçısı bəlli olub Bu gün “İnter” və “Yuventus” arasında İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.
Futbol
27 Aprel , 2023 01:30
İtaliya kubokunun ilk finalçısı bəlli olub

Bu gün “İnter” və “Yuventus” arasında İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyunu keçirilib.

“Report” xəbər verir ki, qələbəni “nerazzuri” 1:0 hesabı ilə qazanıblar.

Yeganə qolu 15-ci dəqiqədə Federiko Dimarko vurub.

Komandalar arasında əvvəlki görüş 1:1 hesabı ilə başa çatmışdı.

Bugünkü qələbə sayəsində “İnter” klubu İtaliya kubokunun finalına yüksəlib.

“Fiorentina” – “Kremoneze” ikinci yarımfinalda üz-üzə gələcək. İlk görüş florensiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi