İtaliya klubundan ayrıldı, "Şaxtyor"un baş məşqçisi olacaq

İtaliya klubundan ayrıldı, "Şaxtyor"un baş məşqçisi olacaq O, klub və futbolçularla danışdığını və ayrılmaq qərarına gəldiyini söyləyib
Futbol
17 May , 2021 13:18
İtaliya klubundan ayrıldı, Şaxtyorun baş məşqçisi olacaq
Roberto De Zerbi

İtaliyanın "Sassuolo" klubu mövsümün sonunda baş məşqçisi Roberto De Zerbi ilə yollarını ayıracaq.

"Report"un məlumatına görə, 42 yaşlı mütəxəssis bu barədə "Football Italia"ya açıqlamasında bildirib.

O, klub və futbolçularla danışdığını və ayrılmaq qərarına gəldiyini söyləyib.

Qeyd edək ki, Roberto De Zerbi 2018-ci ildən "Sassuolo"da işləyir. O, yeni mövsümdən Ukraynın "Şaxtyor" (Donetsk) komandasına rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi