İtaliya klubu Şevçenkonu istefaya göndərib

İtaliya klubu Şevçenkonu istefaya göndərib İtaliyanın "Cenoa" klubu baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.
Futbol
422
15 Yanvar , 2022 16:23
İtaliya klubu Şevçenkonu istefaya göndərib

İtaliyanın "Cenoa" klubu baş məşqçisi Andrey Şevçenko ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı ukraynalı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

İtaliya Kubokunda mübarizəni dayandıran "Cenoa" A Seriyasında Andrey Şevçenkonun rəhbərliyi altında 11 oyundan yalnız 1-də qalib gəlib. Komanda hazırda 21 oyundan 12 xalla 19-cu yerdə gedir.

Qeyd edək ki, Şevçenko ötən ilin noyabrında baş məşqçi təyin edilmişdi.

Son xəbərlər

Orphus sistemi