İtaliya klubu rusiyalı futbolçunu əsas komandadan kənarlaşdırıb

İtaliya klubu rusiyalı futbolçunu əsas komandadan kənarlaşdırıb İtaliyanın "Fiorentina" klubu rusiyalı futbolçusu Aleksandr Kokorini əsas komandadan kənarlaşdırıb.
Futbol
27 İyul , 2022 15:40
İtaliya klubu rusiyalı futbolçunu əsas komandadan kənarlaşdırıb

İtaliyanın "Fiorentina" klubu rusiyalı futbolçusu Aleksandr Kokorini əsas komandadan kənarlaşdırıb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Florensiya təmsilçisi 31 yaşlı yarımmüdafiəçini mövsüm öncəsi Avstriya və İspaniyadakı təlim-məşq toplanışına aparmayıb.

Klubun tezliklə Kokorinlə müqaviləni ləğv edəcəyi gözlənilir.

Qeyd edək ki, Aleksandr Kokorin 2021-ci ilin yanvarında "Spartak"dan "Fiorentina"ya keçib. Oyunçunun müqaviləsi 2024-cü yayında başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi