İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırıb

İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırıb İtaliyanın "Kyevo" klubu fəaliyyətini dayandırıb.
Futbol
22 Avqust , 2021 16:15
İtaliyanın tanınmış klubu fəaliyyətini dayandırıb

İtaliyanın "Kyevo" klubu fəaliyyətini dayandırıb.

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, əvvəllər A Seriyasında çıxış etmiş Verona təmsilçisi D Seriyasında iştirak üçün ərizə verə bilməyib. Sənəd qəbulu üçün son müddət avqustun 24-dəkdir.

"Kyevo" ötən mövsümün yekununda maliyyə pozuntuları ilə əlaqədar B Seriyasından kənarlaşdırılıb. Klub bu mövsüm D Seriyasında çıxış etmək istəsə də, maliyyə təminatı olmadığı üçün müvafiq sənədləri təqdim edə bilməyib.

Qeyd edək ki, 1929-cu ildə təsis olunmuş "Kyevo" 2001-ci ildə ilk dəfə İtaliya A Seriyasına yüksəlib. Debüt mövsümündə 5-ci yeri tutmuş "sarı-göylər" bundan 4 mövsüm sonra tarixinin ən yüksək nəticəsi olan 4-cü yeri tutaraq, 2006/2007 mövsümündə Çempionlar Liqasında debüt edib.

Son xəbərlər

Orphus sistemi