İtaliya klubu baş məşqçisini qovdu

İtaliya klubu baş məşqçisini qovdu Futbol üzrə İtaliya A Seriyasında çıxış edən "Cenoa" baş məşqçisi Rolando Maranla yollarını ayırıb.
Futbol
21 dekabr 2020 10:21
İtaliya klubu baş məşqçisini qovdu
Rolando Maran

Futbol üzrə İtaliya A Seriyasında çıxış edən "Cenoa" baş məşqçisi Rolando Maranla yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis istefaya göndərilib.

İtaliyalı baş məşqçi avqustdan komandaya rəhbərlik edirdi.

Qeyd edək ki, Cenoa ardıcıl 12 turdur çempionatda qələbə qazana bilmir. Komanda 13 oyundan 7 xalla 19-cu sıradadır.

Son xəbərlər

Orphus sistemi