İtaliya klubu baş məşqçisini istefaya göndərib

İtaliya klubu baş məşqçisini istefaya göndərib İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Roberto D Aversa ilə yollarını ayırıb.
Futbol
246
17 Yanvar , 2022 14:01
İtaliya klubu baş məşqçisini istefaya göndərib
Roberto D Aversa

İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Roberto D Aversa ilə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

D Aversanı 2016 - 2019-cu illərdə "Sampdoriya"da işləmiş Marko Campaolonun əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, "Sampdoriya" A Seriyasında 22 oyundan sonra 20 xalla 15-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi