İsveçrədə "Qarabağ"ın oyununa maraq azdır

İsveçrədə "Qarabağ"ın oyununa maraq azdır İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup oyununa maraq azdır.
Futbol
3024
8 Dekabr , 2021 21:30
İsveçrədə Qarabağın oyununa maraq azdır

İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup oyununa maraq azdır.

"Report"un məlumatına görə, bu barədə meydan sahiblərinin baş məşqçisi Patrik Rahmen görüş öncəsi təşkil olunmuş mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, qarşılaşmaya 9 mindən az bilet satılıb: "Matçın az sayda fanatın iştirakı ilə oynanılması ehtimalı var. İştirak edənlər komandanı yüksək səslə dəstəkləsələr, bu, əlbəttə, bizə kömək edəcək".

Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.

Son xəbərlər

Orphus sistemi