İsveçrə yığmasının baş məşqçisi "Yalnız 3 xal" dedi

İsveçrə yığmasının baş məşqçisi "Yalnız 3 xal" dedi "Rəqibi təbrik edirəm. Onlar möhtəşəm oyun sərgiləyirlər".
Futbol
17 İyun , 2021 10:03
İsveçrə yığmasının baş məşqçisi Yalnız 3 xal dedi
Vladimir Petkoviç

"Rəqibi təbrik edirəm. Onlar möhtəşəm oyun sərgiləyirlər".

"Report"un məlumatına görə, bunu İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç Avropa çempionatında A qrupunun II tur matçında İtaliyaya 0:3 hesablı məğlubiyyəti şərh edərkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, komandasının hər bir futbolçusu nəticədən məyus olmalıdır. Bununla belə, Petkoviç bu gün keçirəcəkləri növbəti məşqlə komandası üçün yeni mərhələnin başlanacağını söyləyib: "Futbolçularımla danışdım, bir oyunumuzun qaldığını və yalnız 3 xalın bizi növbəti mərhələyə çıxaracağını vurğuladım".

Qeyd edək ki, İsveçrə millisinin A qrupundakı son oyunu Bakı Olimpiya Stadionunda Türkiyə yığmasına qarşı olacaq. İyunun 20-də keçiriləcək görüş saat 20:00-da başlanacaq. İtaliya yığması 2 oyundan 6 cavabsız top və 6 xalla qrup lideri kimi vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edib. Uels 4 xalla 2-ci, İsveçrə 1 xalla 3-cü pillədədir. Hələ xalı olmayan Türkiyə yığması qrup 3-cüsü kimi mərhələ adlamaq üçün İsveçrəyə mütləq qalib gəlməlidir.

Son xəbərlər

Orphus sistemi