İsveçrə klubu "Qarabağ"la oyun üçün Bakıya yollanıb

İsveçrə klubu "Qarabağ"la oyun üçün Bakıya yollanıb İsveçrənin "Bazel" klubu "Qarabağ"a qarşı keçirəcəyi Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu üçün Bakıya yola düşüb
Futbol
15 Sentyabr , 2021 10:19
İsveçrə klubu Qarabağla oyun üçün Bakıya yollanıb

İsveçrənin "Bazel" klubu "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu üçün Bakıya yola düşüb.

"Report"un məlumatına görə, komanda günorta saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatacaq.

Saat 19:30-da Bakı Olimpiya Stadionunda İsveçrə təmsilçisinin baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın matçdan əvvəl son məşqi gerçəkləşəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi