İsveçrə ilk qələbəsini qazanıb, Yunanıstan qrup qalibi olub

İsveçrə ilk qələbəsini qazanıb, Yunanıstan qrup qalibi olub UEFA Millərlər Liqasında IV tura start verilib.
Futbol
12 iyun 2022 20:51
İsveçrə ilk qələbəsini qazanıb, Yunanıstan qrup qalibi olub

UEFA Millətlər Liqasında IV turun ilk 9 matçı keçirilib.

"Report"un məlumatına görə, qarşılaşmalardan hərəyə 2-si A və B Liqalarında, 4-ü C, 1-i isə D Liqasında oynanılıb.

A Liqasının 2-ci qrupunda İsveçrə lider Portuqaliyanı elə birinci dəqiqədə Haris Seferoviçin qolu ilə yenərək, ilk qələbəsinə imza atıb - 1:0. Bu komandalar arasındakı II tur matçında Portuqaliya böyük hesabla qalib gəlmişdi.

Qrupun digər görüşündə İspaniya Çexiya üzərində 2:0 hesablı qələbə qazananraq, liderliyə yüksəlib. Praqadakı qarşılaşmada İspaniya son anda məğlubiyyətdən xilas olaraq, 2:2 hesablı heç-heçə etmişdi.

B Liqasının 4-cü qrupunda lider Norveç İsveçi qəbul edəcək. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Qalib komandadan Erlinq Holann "dubl" edib. Serbiya isə son pillədəki Sloveniya ilə səfərdə məhsuldar heç-heçə edib - 2:2.

C Liqasında Yunanıstan ən yaxın izləyicisi Kosovoya 2:0 hesabı ilə qalib gələrək, 2-ci qrupun qalibi olub. Şimali İrlandiya isə Kiprlə görüşdə 2 top fərqi ilə geri düşsə də, məhsuldar heç-heçəyə nail olub - 2:2.

Gürcüstan 4-cü qrupunda Bolqarıstanla ev oyununda qolsuz heç-heçə edərək, ilk xal itkisi ilə üzləşib. Əvəzində Şimali Makedoniyanın öz meydanında Cəbəllütariqi darmadağın edib - 4:0.

Nəhayət, 3 komandalı D Liqasındakı görüşdə Malta San Marinonu yenib və qrup lideri Estoniya ilə xallarını bərabərləşdirib.

UEFA Millətlər Liqası
IV tur
12 iyun

A Liqası

2-ci qrup

22:45. İsveçrə - Portuqaliya - 1:0

Qollar: Haris Seferoviç, 1

22:45. İspaniya - Çexiya - 2:0

Qollar: Karlos Soler, 24. Pablo Sarabia, 75

Xal durumu: İspaniya - 8, Portuqaliya - 7, Çexiya - 4, İsveçrə - 3

B Liqası

4-cü qrup

20:00. Norveç - İsveç - 3:2

Qollar: Qollar: Erlinq Holann, 10; 54. Aleksander Sörlot, 77 - Emil Forsberq, 62. Viktor Dyokereş, 90+5

22:45. Sloveniya - Serbiya - 2:2

Qollar: Adam Qnezda Çerin, 48. Benjamin Şeşko, 53 - Andriya Jivkoviç, 8. Aleksandar Mitroviç, 35

Xal durumu: Norveç - 10, Serbiya - 7, İsveç - 3, Sloveniya - 2

C Liqası

2-ci qrup

17:00. Şimali İrlandiya - Kipr - 2:2

Qollar: Peddi Makneyr, 71. Conni Evans, 90+4 - Andronikos Kakulli, 32; 51

22:45. Yunanıstan - Kosovo - 2:0

Qollar: Giorqos Giakumakis, 71. Petros Mantalos, 90+9

Xal durumu: Yunanıstan - 12, Kosovo - 6, Şimali İrlandiya - 2, Kipr - 2

4-cü qrup

20:00. Şimali Makedoniya - Cəbəllütariq - 4:0

Qollar: Enis Bardi, 4. Qrem Torilya, 14 (öz qapısına). Boyan Miovski, 16. Darko Çurlinov, 31

20:00. Gürcüstan - Bolqarıstan - 0:0

Xal durumu: Gürcüstan - 10, Şimali Makedoniya - 7, Bolqarıstan - 3, Cəbəllütariq - 1

D Liqası

2-ci qrup

22:45. Malta - San Marino - 1:0

Qol: Zak Muskat, 50

Xal durumu: Estoniya - 6, Malta - 6, San Marino - 0.

Son xəbərlər

Orphus sistemi