İstanbuldakı azarkeşlər "Qarabağ" və "Sivasspor" üçün toplaşır

İstanbuldakı azarkeşlər "Qarabağ" və "Sivasspor" üçün toplaşır Bir qrup türkiyəli azarkeş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında üz-üzə gələcək "Qarabağ" və "Sivasspor" komandaları üçün toplaşacaq.
Futbol
26 Noyabr , 2020 10:39
İstanbuldakı azarkeşlər Qarabağ və Sivasspor üçün toplaşır

Bir qrup türkiyəli azarkeş Avropa Liqasının qrup mərhələsinin IV tur matçında üz-üzə gələcək "Qarabağ" və "Sivasspor" komandaları üçün toplaşacaq.

"Report"un məlumatına görə, fanatlar hər iki kollektivi oyunun keçiriləcəyi İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunun önündə qarşılayacaqlar.

Azarkeşlər Ağdam təmsilçisinin qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzduğu görüşdə də eyni addımı atıblar.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi