İstanbul Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

İstanbul Çempionlar Liqasının finalına ev sahibliyi edəcək Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.
Futbol
541
16 İyul , 2021 22:00
İstanbul Çempionlar Liqasının finalına ev sahibliyi edəcək

Türkiyənin İstanbul şəhəri 2023-cü ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edəcək.

"Report" xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, 2022/2023 mövsümünün finalı Almaniyanın Münhen şəhərindən alınıb. Bu addım 2020/2021 mövsümündə həlledici qarşılaşmanın koronavirus pandemiyası ilə əlaqədar İstanbuldan Portuya verilməsi səbəbindən atılıb.

Əvəzində Münhen 2024/2025 mövsümündə təşkilatçı qismində çıxış edəcək.

2023/2024 mövsümündə isə final oyununu İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionu qəbul edəcək.

2021/2022 mövsümünün final oyununun yeri dəyişməyib. Gələn il ev sahibi qismində Rusiyanın Sankt-Peterburq şəhəri çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi