İsrailli futbolçu: "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı komandasıdır"

İsrailli futbolçu: "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı komandasıdır" "Qarabağ" "Makkabi"nin basketbol komandasına oxşayır. Çempionat oyunlarında azarkeş az olur. Mən "Simurq"da çıxış edərkən ev matçımızı 2000 fanat izləyirdi. "Qarabağ"ın oyunlarına isə cəmi 200 nəfər gəlirdi. İndi vəziyyət dəyişib".
Futbol
22 Oktyabr , 2020 15:33
İsrailli futbolçu: Qarabağ hazırda Azərbaycanın ən yaxşı komandasıdır

"Qarabağ" "Makkabi"nin basketbol komandasına oxşayır. Çempionat oyunlarında azarkeş az olur. Mən "Simurq"da çıxış edərkən ev matçımızı 2 000 fanat izləyirdi. "Qarabağ"ın oyunlarına isə cəmi 200 nəfər gəlirdi. İndi vəziyyət dəyişib".

"Report"un məlumatına görə, bu fikirləri Zaqatalanın "Simurq" klubunun sabiq futbolçusu İdan Vaytsman UEFA Avropa Liqasının I qrupunun ilk turunda İsraildə Təl-Əviv təmsilçisi "Makkabi" ilə qarşılaşacaq "Qarabağ" haqqında danışarkən deyib.

İsrailli müdafiəçi bildirib ki, avrokuboklarda uğurlu çıxış etdikdən sonra Ağdam klubu ölkədə məşhurlaşmağa başlayıb: "Bu, hazırda Azərbaycanın ən yaxşı komandasıdır. Çox sayda azarkeşi var. Bu, "Qarabağ"ın avrokubok matçlarında da öz əksini tapır. Digər klubların azarkeşləri də beynəlxalq oyunlar zamanı bu komandanı dəstəkləyirlər. Stadionda 20-30 min insan olur".

Qarabağda davam edən müharibəyə də toxunan 35 yaşlı futbolçu Ermənistanı təxribatçı ölkə adlandırıb: "Orada oynayanda müharibə gündəmdə deyildi. Amma indi Azərbaycandakı tanışlarlar deyirlər ki, vəziyyət dəyişib. Ermənilər hətta ölkənin ən böyük ikinci şəhəri olan Gəncəyə raket atıblar. Bu isə açıq-aşkar təxribatdır".

Vaytsman "Simurq"un formasını 2013 - 2015-ci illərdə geyinib.

Qeyd edək ki, bu gün Təl-Əvivdəki "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi