İsrailli futbolçu: "Qarabağ"dan çəkinmirik"

İsrailli futbolçu: "Qarabağ"dan çəkinmirik" "Oyuna maksimum dərəcədə yaxşı hazırlaşırıq. Hər şeyin öz əlimizdə olduğunu göstərmək üçün bütün lazımi işləri görmüşük"
Futbol
322
28 İyul , 2021 12:45
İsrailli futbolçu: Qarabağdan çəkinmirik

"Oyuna maksimum dərəcədə yaxşı hazırlaşırıq. Hər şeyin öz əlimizdə olduğunu göstərmək üçün bütün lazımi işləri görmüşük".

"Report"un məlumatına görə, bu fikirləri İsrail "Aşdod"unun futbolçusu Gil Koen "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə klubun rəsmi saytına açıqlamasında deyib.

21 yaşlı israilli müdafiəçi Ağdam təmsilçisinə hörmətlə yanaşdıqlarını bildirib: "Qarabağ" yaxşı komandadır. Amma onlardan çəkinmirik. Meydana çıxıb, əlimizdən gələni edəcəyik. Hiss edirik ki, mərhələni keçə bilərik. Lakin bunun üçün oyunumuzu inkişaf etdirməli və bütün diqqətimizi bir yerə cəmləşdirməliyik".

Qeyd edək ki, iyulun 29-da keçiriləcək "Aşdod" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi