İsrail klubu "Qəbələ"nin hücumçusundan imtina etdi

İsrail klubu "Qəbələ"nin hücumçusundan imtina etdi "Qəbələ"nin futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçidi baş tutmayıb
Futbol
336
11 Yanvar , 2021 13:21
İsrail klubu Qəbələnin hücumçusundan imtina etdi
Ceyms Adeniyi

"Qəbələ"nin futbolçusu Ceyms Adeniyinin İsrailin "Hapoel" (Kiryat-Şmona) klubuna keçidi baş tutmayıb.

"Report" "sport5.co.il" saytına istinadən xəbər verir ki, Kiryat-Şmona təmsilçisi nigeriyalı hücumçunun xidmətindən imtina edib.

Tərəflər bir müddət öncə keçidlə bağlı razılıq əldə etsələr də, artıq danışıqlar prosesi dayandırılıb. Klub rəhbərliyi koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı səbəbindən qış fasiləsində əcnəbi oyunçu transfer etməməyi qərara alıb.

Adeniyinin özü bir neçə gün öncə "Zirə" və "Keşlə" klublarından da təklif aldığını söyləyib.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev 29 yaşlı forvardın komanda ilə birlikdə məşqləri davam etdirdiyini bildirib: "Gələcəkdə nə olacağını zaman göstərəcək. Onun hansısa klubla danışıq aparması normaldır. Açığı, İsrail klubuna keçidinin alınmaması ilə bağlı məndə məlumat yoxdur. "Keşlə" və "Zirə" məsələsinə gəlincə, rəsmi şəkildə təklif almamışıq. Futbolçu hələlik bizimlədir".

Qeyd edək ki, Ceyms Adeniyinin "Qəbələ" ilə bu ilin yayınadək sözləşməsi var.

Son xəbərlər

Orphus sistemi