İspaniyanın məşhur klubu müflis ola bilər

İspaniyanın məşhur klubu müflis ola bilər İspaniyanın "Valensiya" klubu maliyyə problemi ilə üzləşib.
Futbol
1085
17 Avqust , 2020 21:40
İspaniyanın məşhur klubu müflis ola bilər

İspaniyanın "Valensiya" klubu maliyyə problemi ilə üzləşib.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, futbolçuların məvacibini ödəməkdə çətinlik çəkən "yarasalar" onlara pulun əvəzinə veksel təklif edib.

Bu, oyunçuların maaşlarını ala biləcəklərinin təminatıdır. Veksellərin 2021-ci ilin sentyabrından tez verilməyəcəyi bildirilib.

"Valensiya"nın koronavirus pandemiyası səbəbindən bütün gəlirlərindən məhrum olub. İş o yerə çatıb ki, klubun maliyyə direktoru İnma İbanyes şəxsən futolçularla görüşərək onlara maaş vermək iqtidarında olmadığını etiraf edib. Hətta La Liqa təmsilçisinin yaxın vaxtlarda müflis elan edilə biləcəyi gözlənilir.

Qeyd edək ki, "Valensiya" İspaniya çempionatında 2019/2020 mövsümünü 9-cu pillədə başa vurub.

Son xəbərlər

Orphus sistemi