İspaniyalı hücumçu "Qarabağ"a qarşı oynaya bilər

İspaniyalı hücumçu "Qarabağ"a qarşı oynaya bilər "Qəbələ"nin futbolçusu Fernan Lopes Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qarabağ"a qarşı oynaya bilər.
Futbol
25 Aprel , 2022 22:02
İspaniyalı hücumçu Qarabağa qarşı oynaya bilər

"Qəbələ"nin futbolçusu Fernan Lopes Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçında "Qarabağ"a qarşı oynaya bilər.

"Report" əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı hücumçu komanda ilə məşqlərə başlayıb.

Digər zədəlilərdən Omar Hani müalicəsini davam etdirir. Yaovi Akakpo və Gülağa Əsədov isə proqram üzrə bərpa prosesini davam etdirir.

Qeyd edək ki, aprelin 29-da keçiriləcək "Qarabağ" - "Qəbələ" matçı saat 17:30-da başlayacaq. Qəbələdəki ilk görüşdə "köhlən atlar" 3:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi