İspaniyalı hücumçu bilərəkdən sarı vərəqə alıb

İspaniyalı hücumçu bilərəkdən sarı vərəqə alıb İspaniya La Liqasının XVI turunun "Selta" - "Valensiya" matçında kuryoz hadisə baş verib.
Futbol
6 Dekabr , 2021 20:42
İspaniyalı hücumçu bilərəkdən sarı vərəqə alıb

İspaniya La Liqasının XVI turunun "Selta" - "Valensiya" matçında kuryoz hadisə baş verib.

"Report"un məlumatına görə, meydan sahiblərinin futbolçusu Yaqo Aspas 11-ci dəqiqədə hesabı açdıqdan sonra vurduğu qolu qeyd edərkən zədələnib. Durumunun ciddi olduğunu hiss edən 34 yaşlı hücumçu hiyləyə əl atıb.

Zədə səbəbindən onsuz da növbəti matçı buraxmalı olacağını başa düşən və bu oyunadək sarı vərəqə limitində olan forvard bilərəkdən formasını çıxararaq mövsüm ərzində 5-ci rəsmi xəbərdarlığını alaraq cəzalı duruma düşüb. Beləliklə, ispaniyalı oyunçu vərəqə limitini sıfırlayıb. 16-cı dəqiqədə isə öz yerini komanda yoldaşı Renato Tapiaya verib.

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi