İspaniyalı futbolçu: "Qəbələ" istədiyim maaşı verə bilmir"

İspaniyalı futbolçu: "Qəbələ" istədiyim maaşı verə bilmir" Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Fernan Lopes Azərbaycana qayıtmaya bilər.
Futbol
457
29 İyul , 2020 16:07
İspaniyalı futbolçu: Qəbələ istədiyim maaşı verə bilmir
Fernan Lopes

Mövsümün sonunda "Qəbələ" ilə müqaviləsi başa çatan Fernan Lopes Azərbaycana qayıtmaya bilər.

Bu barədə "Report"a hazırda ölkəsində olan ispaniyalı futbolçunun özü məlumat verib.

25 yaşlı yarımmüdafiəçi bildirib ki, "Qəbələ" ona istədiyi məvacibi verə bilmir: "Bu səbəbdən, indiki məqamda bu komandaya qayıtmağım mümkün deyil".

Qeyd edək ki, Fernan Lopes "Qəbələ"yə 2019-cu ilin yayında keçib. Həmin vaxt onunla 1+1 illik müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi