İspaniyalı futbolçu: "İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar"

İspaniyalı futbolçu: "İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar" "Qarabağ" münaqişənin yaşandığı bölgənin adıdır. Baş məşqçi ölkəni və həmin bölgəni təmsil etdiyimizi açıq şəkildə izah edib".
Futbol
28 Oktyabr , 2020 15:38
İspaniyalı futbolçu: İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar
Xayme Romero

"Qarabağ münaqişənin yaşandığı bölgənin adıdır. Baş məşqçi ölkəni və həmin bölgəni təmsil etdiyimizi açıq şəkildə izah edib".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ" klubunun ispaniyalı futbolçusu Xayme Romero ölkəsinin EFE nəşrinə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi ölkədəki hərbi vəziyyətə baxmayaraq, normal həyat tərzində yaşadıqlarını bildirib: "Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur. Məni burada təsirləndirən vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir".

Romero Ağdam təmsilçisində xoşbəxt olduğunu söyləyib: "Komandaya tez uyğunlaşdım. "Qarabağ" ardıcıl 8 ildir avrokubokların qrup mərhələsində oynayır. Bakı möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi".

İspaniyalı oyunçu Avropa Liqasının II turunda İspaniya "Vilyarreal"ına qarşı keçirəcəkləri görüş barədə danışıb: "Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Qarşılaşma əvvəllər heç vaxt oynamadığımız stadionda olacaq. "Vilyarreal" qrupun favoritidir. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qələbə üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik".

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Son xəbərlər

Orphus sistemi