İspaniyalı hücumçu Avropa Liqasının tarixinə düşdü

İspaniyalı hücumçu Avropa Liqasının tarixinə düşdü İspaniyanın "Qranada" klubunun futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.
Futbol
12 Mart , 2021 09:07
İspaniyalı hücumçu Avropa Liqasının tarixinə düşdü
Xorxe Molina

İspaniyanın "Qranada" klubunun futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.

"Report"un məlumatına görə, hücumçu turnirdə qol vurmağı bacaran ən yaşlı ikinci oyunçu olub.

İspaniyalı forvard Norveç "Molde"sini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk görüşündə hesabı açıb. Molina 38 yaş, 323-cü günündə fərqlənməyi bacarıb.

Qeyd edək ki, turnirin rekordu "Molde"nin sabiq futbolçusu Daniel Berq Hestada məxsusdur. O, 2015-ci ildə Şotlandiya "Seltik"i ilə matçda 40 yaş 98-ci günündə qol vurub.

Son xəbərlər

Orphus sistemi