İspaniyalı futbolçu ardıcıl 203-cü oyuna çıxmaqla yeni rekorda imza atıb

İspaniyalı futbolçu ardıcıl 203-cü oyuna çıxmaqla yeni rekorda imza atıb İspaniyanın "Atletik" (Bilbao) komandasının futbolçusu İnyaki Uilyams La Liqada yeni rekorda imza atıb.
Futbol
2 Oktyabr , 2021 09:14
İspaniyalı futbolçu ardıcıl 203-cü oyuna çıxmaqla yeni rekorda imza atıb
İnyaki Uilyams

İspaniyanın "Atletik" (Bilbao) komandasının futbolçusu İnyaki Uilyams La Liqada yeni rekorda imza atıb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu buna "Alaves"i evdə 1:0 hesabı ilə məğlub etdikləri VIII tur oyununda nail olub.

İspaniyalı forvard çempionatda ardıcıl 203-cü matçına çıxıb. Uilyams 2016-cı ilin aprelindən Bilbao təmsilçisinin La Liqadakı bütün görüşlərində iştirak edib.

Qeyd edək ki, "Atletik"in yetirməsi olan İnyaki Uilyams 2014-cü ildən əsas komandada çıxış edir.

Son xəbərlər

Orphus sistemi