"Qəbələ"nin legioneri Azərbaycanda qalmaq istəyir

"Qəbələ"nin legioneri Azərbaycanda qalmaq istəyir "Keçmiş istedadlı komanda yoldaşlarımdan bəzilərinin pandemiya ilə əlaqədar klubsuz qaldıqlarını, klubların büdcələrini və heyətlərini ixtisara saldıqlarını gördükdə deyə bilmərəm ki, onlara tələbat böyükdür"
Futbol
22 Fevral , 2021 09:44
Qəbələnin legioneri Azərbaycanda qalmaq istəyir
Nikolas Raysel

"Belçikanın "Ostende" klubundakı ilk mövsümdə 7 ay oynamadım, sonra "Ruselare"yə icarəyə veriləndə çox matçda meydana çıxdım. Dizimdə ağrılar yox idi. Mənim üçün həmin an faydalı oldu. Növbəti mövsümdə isə meydan üzü görmədim".

"Report" xəbər verir ki, bu fikirləri "Footmercato" nəşrinə müsahibəsində "Qəbələ"nin futbolçusu Nikolas Raysel karyerası barədə danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi 2020-ci ilin əvvəlində "Qəbələ"yə keçdiyi dönəmi də xatırlayıb. O bildirib ki, 2019/2020 mövsümünün ilk yarısında yalnız iki oyunda meydana çıxıb: "Qış transfer pəncərəsi başladı. Belə davam etmək mümkünsüz idi. Həmin vaxt mənimlə Belçika ikinci liqasından maraqlanırdılar. Fransanın ikinci liqasından belə, təklif yox idi. Ancaq üç il əvvəl həmin liqada ən yaxşı oyunçu seçilmişdim. İnsanlar məni bir az unutmuşdular. Bütün bunlardan uzaqlaşmağa və yeni ölkədə sıfırdan nə isə etməyə qərar verdim. Dostum Abdelrafik Jerar "Qəbələ" ilə müqavilə bağlamışdı. O, idman direktoru ilə mənim barəmdə danışdı və videolarıma baxdılar. Onunla söhbətimdə əsl inam hiss etdim və gəlməyimi istədilər. Mənim də istədiyim inam, oyun şansı və yeni başlanğıc idi. Burada yeni başlanğıc üçün hər şey mövcud idi".

Raysel əyalət təmsilçisindəki ilk oyunlarda yaxşı çıxış etdiyini sözlərinə əlavə edib: "Şəxsən mənim üçün başlanğıc çox yaxşı alındı: 4 oyuna 4 qol vurdum və məhsuldar ötürmə verdim. Amma COVID-19 pandemiyasının ortaya çıxmasından sonra hər şey alt-üst oldu. Çempionat birdəfəlik dayandı və mövsüm erkən yekunlaşdı. Hər şeyə rəğmən, klubum müqaviləmi daha bir il artırmağımı təklif etdi. Özümü burada yaxşı hiss etdiyimdən, sözləşməmi yeniləməyə qərar verdim. Artıq bir ildir buradayam və hər şey yaxşı gedir. Ardıcıl görüşlər keçirirəm, səhhətimdə və fiziki durumumda problem yoxdur. Öz oyunlarımla Avropa və digər qitələrin klublarının diqqətini cəlb edəcəyimə ümidvaram. Fikrimcə, zədəyədək olan xüsusiyyətlərimi bərpa edə bilmişəm".

Təcrübəli oyunçu hazırda bütün təkliflərə açıq olduğunu söyləyib: "Bu və ya digər kluba, bu və ya digər ölkəyə tüpürə bilmərəm. Keçmiş istedadlı komanda yoldaşlarımdan bəzilərinin pandemiya ilə əlaqədar klubsuz qaldıqlarını, klubların büdcələrini və heyətlərini ixtisara saldıqlarını gördükdə deyə bilmərəm ki, tələbat böyükdür. Sabah Azərbaycandan yeni maraqlı təklif gəlsə, burada qala bilərəm. Avropa və hətta Fransa klubu maraqlansa, bütün variantları nəzərdən keçirərəm. Bu yay azad agent statusu alacağımdan, bu, üzümə bəzi qapıları aça bilər".

Son xəbərlər

Orphus sistemi