İspaniyada qar fırtınası: Bir neçə oyun təxirə salındı

İspaniyada qar fırtınası: Bir neçə oyun təxirə salındı Futbol üzrə İspaniya Primerasında XVIII turun "Elçe" - "Xetafe" oyunu və Sequndadakı bir neçə qarşılaşma təxirə salınıb.
Futbol
9 Yanvar , 2021 19:31
İspaniyada qar fırtınası: Bir neçə oyun təxirə salındı

Futbol üzrə İspaniya Primerasında XVIII turun "Elçe" - "Xetafe" oyunu və Sequndadakı bir neçə qarşılaşma təxirə salınıb.

"Report"un La Liqanın rəsmi saytına istinadən məlumatına görə, buna qar fırtınası səbəb olub.

Qərara əsasən, Sequndanın "Mirandes" - "Rayo Valyekano", "Alkorkon" - "Albasete" və "Leqanes" - "Almeriya" matçları qeyri-müəyyən tarixə ertələnib.

"Sportinq" - "Fuenlabrada" və "Elçe" - "Xetafe" görüşləri isə 10 yanvardan 11 yanvara keçirilib.

Son xəbərlər

Orphus sistemi