İspaniya Super Kubokunun oyunlarının məkanı dəyişdi

İspaniya Super Kubokunun oyunlarının məkanı dəyişdi Futbol üzrə İspaniya Super Kubokunun matçlarının keçiriləcəyi məkan dəyişdirilib.
Futbol
462
12 Dekabr , 2020 11:48
İspaniya Super Kubokunun oyunlarının məkanı dəyişdi

Futbol üzrə İspaniya Super Kubokunun matçlarının keçiriləcəyi məkan dəyişdirilib.

"Report" "El Pais" nəşrinə istinadən xəbər verir ki, turnir əvvəlcədən nəzərdə tutulduğu kimi Səudiyyə Ərəbistanında gerçəkləşməyəcək.

Qarşılaşmalar Andalusiyada olacaq. İspaniya Kral Futbol Federasiyası (RFEF) məsələ ilə bağlı Səudiyyə Ərəbistanı hakimiyyətini məlumatlandırıb.

Məkan dəyişdiyi üçün səlahiyyətli nümayəndələr RFEF-ə kompensasiya olaraq yarışı bir və ya iki il Səudiyyə Ərəbistanında keçirməyi təklif edib.

Qeyd edək ki, ötən mövsümün nəticələrinə əsasən, İspaniya Super Kuboku uğrunda "Real Madrid", "Barselona", "Atletik" və "Real Sosyedad" mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi