İspaniya millisinin baş məşqçisi: "Azərbaycana qarşı əla oynadıq"

İspaniya millisinin baş məşqçisi: "Azərbaycana qarşı əla oynadıq" "Çox xoşbəxtəm, futbolçularımla fəxr edirəm. Avropa çempionatının final mərhələsinə adladıq. Bu, böyük uğurdur".
Futbol
147
19 Fevral , 2021 01:37
İspaniya millisinin baş məşqçisi: Azərbaycana qarşı əla oynadıq

"Çox xoşbəxtəm, futbolçularımla fəxr edirəm. Avropa çempionatının final mərhələsinə adladıq. Bu, böyük uğurdur".

"Report"un məlumatına görə, bu fikirləri qadınlardan ibarət İspaniya millisinin baş məşqçisi Xorxe Vilda Azərbaycana 13:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.

40 yaşlı mütəxəssis matç ərzində hər şeyin yaxşı keçdiyini bildirib: "Çoxlu qol vurub, qələbə qazandıq. Zədə olmadı. Soyuq havaya baxmayaraq, əla oynadıq. Qar, külək də bizə mane ola bilmədi".

Qeyd edək ki, bu qələbədən sonra xallarını 19-a çatdıran İspaniya yığması Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi