İspaniya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb

İspaniya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb Futbol üzrə İspaniya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.
Futbol
7 İyun , 2024 16:09
İspaniya millisinin AVRO-2024 üçün yekun heyəti açıqlanıb

Futbol üzrə İspaniya millisinin bu il Almaniyada keçiriləcək Avropa çempionatı üçün yekun heyəti bəlli olub.

"Report" xəbər verir ki, baş məşqçi Luis De La Fuente siyahıya 26 oyunçunun adını daxil edib.

Qapıçılar: Unay Simon (“Atletik”), David Raya (“Arsenal”), Aleks Remiro (“Real Sosyedad”).

Müdafiəçilər: Dani Karvahal ("Real"), Xesus Navas ("Sevilya"), Emerik Laport ("Əl-Nəsr"), Robin Le Norman ("Real Sosyedad"), Dani Vivian ("Atletik"), Alexandro Qrimaldo ("Bayer 04"), Naço Fernandes ("Real"), Mark Kukurelya ("Çelsi").

Yarımmüdafiəçilər: Rodriqo Ernandes ("Mançester Siti"), Martin Subimendi, Mikel Merino ("Real Sosyedad"), Fabian Ruis (PSJ), Aleks Baena ("Vilyarreal"), Pedri ("Barselona"), Fermin Lopes ("Barselona").

Hücumçular: Lamin Yamal ("Barselona"), Niko Uilyams ("Atletik"), Dani Olmo (“Leyptsiq”), Mikel Oyarsabal ("Real Sosyedad"), Xoselu ("Real"), Alvaro Morata ("Atletiko"), Ferran Torres ("Barselona"), Ayose Peres ("Betis").

Qeyd edək ki, İspaniya yığması 14 iyun - 14 iyul aralığından baş tutacaq AVRO-2024-ün B qrupunda İtaliya, Xorvatiya və Albaniya milliləri ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi