İspaniya millisi 8 qolun vurulduğu matçda Xorvatiyanı əlavə vaxtda üstələdi

İspaniya millisi 8 qolun vurulduğu matçda Xorvatiyanı əlavə vaxtda üstələdi Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.
Futbol
28 İyun , 2021 22:33
İspaniya millisi 8 qolun vurulduğu matçda Xorvatiyanı əlavə vaxtda üstələdi

Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, turnirin favoritlərindən İspaniya millisi Xorvatiya ilə qarşılaşıb. Danimarkanın paytaxtı Kopenhagendəki "Parken" stadionunda oynanılan və türkiyəli FIFA referisi Cüneyt Çakırın idarə etdiyi görüş Pireney təmsilçisinin 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı xorvatiyalılar açıblar. 20-ci dəqiqədə Pedrinin geriyə ötürdüyü topu qapıçı Unay Simon ayağının altından buraxıb. Kuryoz qolla hesabda geri düşən Luis Enrikenin baş məşqçi olduğu kollektiv 38-ci dəqiqədə tarazlığı bərpa edib. Bərabərlik qolunun müəllifi Pablo Sarabiya olub. İlk hissə bu hesabla başa çatıb. 57-ci dəqiqədə İspaniya yığması hesabı öz xeyrinə dəyişib. Bu dəfə Sesar Asplikueta fərqlənib. 77-ci dəqiqədə rəqib müdafiəçinin kobud səhvindən istifadə edən Ferran Torres komandasının üstünlüyünü 2 topa çatdırıb. Lakin ruhdan düşməyən Xorvatiya millisi əvvəlcə 85-ci dəqiqədə Mislav Orşiçin qolu ilə fərqi azaldıb. Matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə isə Mario Paşaliç hesabı bərabərləşdirib. Nəticədə qarşılaşmada əlavə vaxt oynanılıb. 100-cü dəqiqədə Alvaro Morata İspaniyanı yenidən hesabda önə keçirib. 3 dəqiqə sonra isə Mikel Oyarzabal fərqlənərək oyunda son nöqtəni qoyub. Beləliklə, 5:3 hesablı qələbə qazanan pireneylilər 1/4 finala vəsiqə əldə ediblər.

Qeyd edək ki, İspaniya yığmasının növbəti mərhələdəki rəqibi bu gün keçiriləcək Fransa - İsveçrə matçının qalibi olacaq.

Son xəbərlər

Orphus sistemi