İspaniya millisi 28 ildən sonra seçmə mərhələdə məğlub olub

İspaniya millisi 28 ildən sonra seçmə mərhələdə məğlub olub Futbol üzrə İspaniya millisi 28 ildən sonra dünya çempionatının seçmə mərhələsində məğlub olub.
Futbol
3 Sentyabr , 2021 10:47
İspaniya millisi 28 ildən sonra seçmə mərhələdə məğlub olub

Futbol üzrə İspaniya millisi 28 ildən sonra dünya çempionatının seçmə mərhələsində məğlubiyyətlə üzləşib.

"Report"un məlumatına görə, Luis Enrikenin baş məşqçi olduğu kollektiv DÇ-2022-nin seçmə oyununda səfərdə İsveçə 1:2 hesabı ilə uduzub.

Beləliklə, pireneylilərin məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Komanda son olaraq 1993-cü ildə DÇ-1994-ün seçmə matçında Danimarkaya məğlub olub - 0:1.

İspaniya bu müddət ərzində 52 qələbə və 14 heç-heçə əldə edib.

Son xəbərlər

Orphus sistemi