İspaniya Kubokunun qalibi məlum oldu

İspaniya Kubokunun qalibi məlum oldu "Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.
Futbol
18 Aprel , 2021 01:22
İspaniya Kubokunun qalibi məlum oldu

"Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

"Report"un məlumatına görə, Kataloniya təmsilçisi finalda "Atletik"i darmadağın edib - 4:0.

Sevilyadakı "Olimpiya" stadionunda keçirilmiş görüşdə qolların hamısı ikinci hissədə vurulub. Antuan Qrizmann 60-cı, Frenki de Yonq 63-cü, Lionel Messi 68-ci və 72-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Barselona" İspaniya Kubokunu rekord sayda qazanıb. İkinci yerdə isə bu titula 23 dəfə yiyələnmiş "Atletik" gəlir.

Son xəbərlər

Orphus sistemi