İspaniya Kubokunun qalibi bəlli oldu

İspaniya Kubokunun qalibi bəlli oldu İspaniya Kuboku uğrunda final görüşü ötən il keçirilməli idi
Futbol
4 Aprel , 2021 05:27
İspaniya Kubokunun qalibi bəlli oldu

Futbol üzrə İspaniya Kubokunun qalibi müəyyənləşib.

“Report” xəbər verir ki, Sevilya şəhərinin Olimpiya stadionunda baş tutan final oyununda “Real Sosyedad” və “Atletik Bilbao” komandaları üz-üzə gəlib. Görüş "Real Sosyedad"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 63-cü dəqiqədə 11 metrlik cərimə zərbəsindən Mikel Oyarsabal vurub.

Bununla da, “Real Sosyedad” tarixində üçüncü dəfə İspaniya Kubokunu qazanıb.

Xatırladaq ki, İspaniya Kuboku uğrunda final görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Görüş 2020-ci il aprelin 18-də keçirilməli idi.

Son xəbərlər

Orphus sistemi