Klubu Eddi İsrafilovla bağlı tədbir görəcək

Klubu Eddi İsrafilovla bağlı tədbir görəcək "Eddi İsrafilov komandamıza qoşulanda artıq məhkəmə prosesi açıq idi. Digər futbolçumuz Alberto Benitonun prosesi isə sonradan gündəmə gəldi"
Futbol
1248
8 Oktyabr , 2020 15:48
Klubu Eddi İsrafilovla bağlı tədbir görəcək
Eddi İsrafilov

"Eddi İsrafilov komandamıza qoşulanda artıq məhkəmə prosesi açıq idi. Digər futbolçumuz Alberto Benitonun prosesi isə sonradan gündəmə gəldi".

"Report" xəbər verir ki, bu fikirləri İspaniyanın "Albasete" klubunun idman direktoru Migel Anxel yerli mətbuata müsahibəsində Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun və onun komanda yoldaşı Alberto Benitonun məhkəmə qarşısına çıxması ilə bağlı danışarkən deyib.

Funksioner həmişə oyunçularına dəstək olduqlarını bildirib: "Bir müddətdən sonra günahkar olduqları sübuta yetirilərsə, klub tədbir görməlidir. Amma indi dəstəyimiz tamdır. Onların bundan təsirlənmədiklərini düşünürəm".

Qeyd edək ki, Eddi İsrafilov 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur. İsrafilov 3 il müddətinə azadlıqdan məhrum oluna bilər. Cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq. Yarımmüdafiəçi 2015-ci ildən Azərbaycan millisində çıxış edir.

Son xəbərlər

Orphus sistemi