İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırıb

İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırıb İspaniyanın "Luqo" klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.
Futbol
16 Noyabr , 2021 10:15
İspaniya klubu azərbaycanlı futbolçunu baxışa çağırıb
Eddi İsrafilov

İspaniyanın "Luqo" klubu Azərbaycan millisində oynamış Eddi İsrafilovu baxışa çağırıb.

"Report" Sequnda təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi artıq kollektiv məşqlərə qoşulub.

Onun komandada qalıb-qalmayacağı barədə qərar bir neçə gündən sonra veriləcək.

Qeyd edək ki, Eddi İsrafilov iyunda "Albasete"dən ayrıldıqdan sonra klubsuz qalıb. 2015-ci ildən Azərbaycan yığmasına dəvət alan oyunçu son olaraq, 2019-cu il noyabrında Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda millinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi