İspaniya, Fransa və İtaliya yığmalarından qələbə, Almaniya evdə uduzdu

İspaniya, Fransa və İtaliya yığmalarından qələbə, Almaniya evdə uduzdu 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulub
Futbol
1 Aprel , 2021 00:41
İspaniya, Fransa və İtaliya yığmalarından qələbə, Almaniya evdə uduzdu

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura yekun vurulub.

“Report”un məlumatına görə, turun ikinci oyun günündə 6 qrupda 15 qarşılaşma keçirilib.

B qrupunda İspaniya millisi Kosovonu 3:1 hesabı ilə məğlub edib. Yunanıstan isə Gürcüstanla qarşılaşmada qələbəni əldən verib. C qrupunda İtaliya Litvaya qalib gəlib. Şimali İrlandiya - Bolqarıstan görüşündə qapılara qol vurulmayıb.

Son dünya çempionu Fransa səfərdə Bosniya və Herseqovina üzərində çətin qələbə qazanıb. D qrupunun digər matçında Ukrayna və Qazaxıstan seçmələri sülhə razılaşıblar.

F qrupunda lider Danimarka səfərdə Avstriyanın qapısından 4 cavabsız top keçirib. Şotlandiya Farer adalarını, İsrail isə Moldovanı darmadağın edib.

I qrupunda İngiltərə və Polşa milliləri arasındakı görüş daha çox diqqət mərkəzində olub. Lakin bu qarşılaşmada dünyanın ən yaxşı futbolçusu Robert Levandovski zədə səbəbindən qonaq komandaya kömək edə bilməyib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Xalsız yığmalardan Andorra evdə Macarıstana, San Marino isə Albaniyaya uduzub.

J qrupunda lider Almaniya evdə Şimali Makedoniya ilə bacarmayıb. Autsayderlərdən Lixtenşteyn isə İslandiyaya məğlub olub.

DÇ-2022, seçmə mərhələ
III tur
31 mart

B qrupu

22:45. Yunanıstan - Gürcüstan - 1:1

Qollar: Otar Kakabadze, 76 (öz qapısına) - Xviça Kvaratsxeliya, 78

22:45. İspaniya - Kosovo - 3:1

Qollar: Dani Olmo, 34, Ferran Torres, 36, Jerar Moreno, 75 - Besar Halimi, 70

Xal durumu: İspaniya - 7, İsveç - 6 (2), Yunanıstan - 2 (2), Gürcüstan - 1, Kosovo - 0 (2)

C qrupu

22:45. Litva - İtaliya - 0:2

Qollar: Stefano Sensi, 48, Çiro İmmobile, 90+4 (penalti)

22:45. Şimali İrlandiya - Bolqarıstan - 0:0

Xal durumu: İtaliya - 9, İsveçrə - 6 (2), Şimali İrlandiya - 1 (2), Bolqarıstan - 1, Litva - 0 (2)

D qrupu

22:45. Bosniya və Herseqovina - Fransa - 0:1

Qol: Antuan Qrizmann, 60

22:45. Ukrayna - Qazaxıstan - 1:1

Qollar: Roman Yaremçuk, 20 - Serikjan Mujikov, 59

Xal durumu: Fransa - 7, Ukrayna - 3, Finlandiya - 2 (2), Bosniya və Herseqovina - 1 (2), Qazaxıstan - 1

F qrupu

22:45. Şotlandiya - Farer adaları - 4:0

Qol: Con Makginn, 7; 53, Çe Adams, 60 Rayan Freyzer, 70

22:45. Avstriya - Danimarka - 0:4

Qollar: Skov Olsen, 58; 74, Yoakim Mehle, 63, Pyer-Emil Höybyerq, 67

22:45. Moldova - İsrail - 1:4

Qollar: Ketelin Karp, 29 - Eran Zahavi, 45+2, Manor Solomon, 57, Munes Dabbur, 64, Natxo, 66

Qırmızı vərəqə: Yon Nikolaesku, 50 (Moldova)

Xal durumu: Danimarka - 9, Şotlandiya - 5, İsrail - 4, Avstriya - 4, Farer adaları - 1, Moldova - 1.

I qrupu

22:45. San Marino - Albaniya - 0:2

Qollar: Rey Manay, 63, Mürto Uzuni, 85

22:45. Andorra - Macarıstan - 0:4

Qollar: Mark Pujol, 90+3 (penalti) - Attila Fiola, 45+2, Daniel Qazdaq, 51, Laslo Klyaynhaysler, 58, Loik Neqo, 90

22:45. İngiltərə - Polşa - 2:1

Qollar: Harri Keyn, 19 (penalti), Harri Maquayr, 85 - Yakub Moder, 58

Xal durumu: İngiltərə - 9, Macarıstan - 7, Albaniya - 6, Polşa - 4, Andorra - 0, San Marino - 0

J qrupu

20:00. Ermənistan - Rumıniya - 3:2

Qollar: Eduard Spertsyan, 56, Varazdat Aroyan, 87, Tiqran Barseqyan, 89 (penalti) - Aleksandru Çikıldeu, 62, 72

22:45. Lixtenşteyn - İslandiya - 1:4

Qollar: Yanik Frik, 79 - Birkir Sevarsson, 12, Birkir Byadnason, 45+1, Viktor Pallson, 77, Runor Mar Siquryonsson, 90+4

22:45. Almaniya - Şimali Makedoniya - 1:2

Qollar: İlkay Gündoğan, 63 (penalti) - Qoran Pandev, 45+2, Elif Elmas, 85

Xal durumu: Ermənistan - 9, Şimali Makedoniya - 6, Almaniya - 6, Rumıniya - 3, İslandiya - 3, Lixtenşteyn - 0

Son xəbərlər

Orphus sistemi