Millətlər Liqası: İspaniya yarımfinala, Monteneqro B Liqasına yüksəldi

Millətlər Liqası: İspaniya yarımfinala, Monteneqro B Liqasına yüksəldi UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.
Futbol
18 Noyabr , 2020 01:38
Millətlər Liqası: İspaniya yarımfinala, Monteneqro B Liqasına yüksəldi

UEFA Millətlər Liqasında qrup mərhələsinin sonuncu turuna start verilib.

"Report"un məlumatına görə, VI turun ilk oyun günündə 8 qarşılaşma baş tutub.

Azərbaycan yığması C Liqasının 1-ci qrupunda Lüksemburqla qolsuz heç-heçə edib. Qrupun digər matçında Monteneqro Kiprə 4:0 hesabı ilə qalib gəlib. Monteneqro qrup qalibi kimi B Liqasına yüksəlib, Kipr isə C Liqasında qalmaq üçün pley-off oynayacaq.

Final mərhələsində vəsiqə qazanan daha bir komanda bəlli olub. A Liqasında evdə Almaniyanı 6 cavabsız qolla üstələyən İspaniya seçməsi Millətlər Liqasının yarımfinalına yüksəlib. 4-cü qrupun İsveçrə - Ukrayna qarşılaşması baş tutmayıb. Buna səbəb Ukrayna yığmasında koronavirusa kütləvi yoluxmanın qeydə alınmasıdır. Oyunla bağlı yekun qərarı UEFA verəcək.

A Liqasında əvvəlcədən final mərhələsinə vəsiqəni təmin edən Fransa sonuncu turda da qələbə qazanıb. Dünya çempionu İsveçi 4::2 hesabı ilə məğlubiyyətə uğradıb. 3-cü qrupda Xorvatiya Portuqaliyaya 2:3 uduzsa da A Liqasında qalıb. İsveç isə B Liqasına düşüb.

D Liqasının 1-ci qrupunda səfərdə Malta ilə bərabərə qalan (1:1) Farer adaları qrup lideri olub və C Liqasına vəsiqə qazanıb. 2-ci qrupda Cəbəllütariqdə evdə Lixtenşteynlə eyni hesablı heç-heçə edib və qrupu birinci pillədə bitirib.

UEFA Millətlər Liqası

VI tur
17 noyabr

A Liqası
3-cü qrup
23:45. Xorvatiya - Portuqaliya - 2:3

Qol: Mateo Kovaçiç, 29;65 - Ruben Dias, 52; 90+1 Joau Feliş, 61

Qırmızı vərəqə: Marko Roq, 17. (Xorvatiya)

23:45. Fransa – İsveç - 4:2

Qol: Olivye Jiru, 17; 59 Benjamin Pavar, 38. Kinqsli Koman, 90 - Viktor Klaesson, 5. Robin Quaison, 88

Xal durumu: Fransa - 16, Portuqaliya - 11, Xorvatiya - 4, İsveç - 3.

4-cü qrup
23:45. İspaniya - Almaniya - 6:0

Qol: Alvaro Morata, 17. Fernan Torres, 33; 55; 71. Rodri, 38. Mikel Oyarzabal, 89

23:45. İsveçrə - Ukrayna - (Baş tutmadı)

Xal durumu: İspaniya - 11, Almaniya - 9, Ukrayna - 6, İsveçrə - 3

C Liqası
1-ci qrup
23:45. Monteneqro - Kipr - 4:0

Qol: Stevan Yovetiç, 14. Aleksandar Bolyeviç, 25; 28. Stefan Mugosa, 60

23:45. Lüksemburq - Azərbaycan - 0:0

Xal durumu: Monteneqro - 13, Lüksemburq - 10, Azərbaycan - 6, Kipr - 4.

D Liqası
1-ci qrup
23:45. Andorra - Latviya - 0:5

Qol: Antoniys Çernomordiys, 6. Janis Ikaunieks, 57; 60. Vladislavs Gutkovskis, 70 (p). Raimonds Krollis, 90 (p)

23:45. Malta - Farer adaları - 1:1

Qol: Matteu Guillaumier, 54 - Ari Mohr Jonsson, 70

Xal durumu: Farer adaları - 12, Malta - 9, Latviya - 7, Andorra - 2.

2-ci qrup
23:45. Cəbəllütariq - Lixtenşteyn - 1:1

Qol: Daniel Brendli, 17 (öz qapısına) - Noah Frix

Xal durumu: Cəbəllütariq - 8, Lixtenşteyn - 4, San Marino - 2.

Son xəbərlər

Orphus sistemi