İrlandiyalı hakim "Qarabağ"ın oyununa təyinat aldığı üçün sevinir

İrlandiyalı hakim "Qarabağ"ın oyununa təyinat aldığı üçün sevinir "Allen Linç, Emmet Dinan Pol Maklaflinlə birlikdə bu matçın hakimi seçildiyimiz üçün çox sevinirəm".
Futbol
3 Dekabr , 2020 15:11
İrlandiyalı hakim Qarabağın oyununa təyinat aldığı üçün sevinir
Robert Hennessi

"Allen Linç, Emmet Dinan Pol Maklaflinlə birlikdə bu matçın hakimi seçildiyimiz üçün çox sevinirəm".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərində İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə görüşünə təyinat alan irlandiyalı baş hakim Robert Hennessi yerli mətbuata açıqlamasında deyib.

İlk dəfə avrokuboklarda qrup mərhələsinin oyununa təyinat alan 30 yaşlı referi bildirib ki, ölkəsini təmsil etmək onun üçün böyük şərəfdir: "Bu təyinat hər birimizin bir il ərzində göstərdiyimiz əziyyətin nəticəsidir".

Qeyd edək ki, “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı bu gün Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Son xəbərlər

Orphus sistemi