İrlandiyalı baş məşqçi Azərbaycanla oyunda azarkeşlərin olacağına ümid edir

İrlandiyalı baş məşqçi Azərbaycanla oyunda azarkeşlərin olacağına ümid edir "Ümid edirəm ki, sentyabrdakı oyunlarda 20 və ya 25 min azarkeş olacaq. Ancaq qeyd etməliyəm ki, bununla bağlı hələ razılıq əldə olunmayıb".
Futbol
28 İyul , 2021 07:36
İrlandiyalı baş məşqçi Azərbaycanla oyunda azarkeşlərin olacağına ümid edir

"Ümid edirəm ki, sentyabrdakı oyunlarda 20 və ya 25 min azarkeş olacaq. Ancaq qeyd etməliyəm ki, bununla bağlı hələ razılıq əldə olunmayıb".

"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İrlandiya yığmasının baş məşqçisi Stiven Kenni "Punditarena" nəşrinə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis yerli hökumətin matçlara tribunaların ümumi tutumunun 50 faizi qədər fanatın buraxılması qərarı haqqında danışıb. O, bu fürsətdən maksimum dərəcədə istifadə etmək istədiklərini bildirib.

Kenni noyabrda Portuqaliya ilə ev matçını tam dolu tribunalar önündə oynamaq niyyətində olduqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, İrlandiya DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 4-də Azərbaycanı, 3 gün sonra isə Serbiyanı qəbul edəcək. Hər iki görüş Dublindəki “Aviva” stadionunda gerçəkləşəcək.

Komanda sentyabrın 1-də Portuqaliyanın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi